
Ağdamın Qarabağ FK klubu cərimələnib.
Qanuntv.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Qərara əsasən, klub 700 manat məbləğində cərimə olunub. Buna səbəb Misli Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən Şamaxı FK ilə oyunda Ağdam təmsilçisinin dörd futbolçusunun hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılması olub.
Qeyd edək ki, sözügedən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.





