
Donetsk vilayətinin Slavyansk şəhəri Rusiyanın hava hücumu nəticəsində zərbəyə məruz qalıb.
Qanuntv.az xəbər verir ki, şəhər mərkəzinə FAB-1500 aviabombası atılıb.
Zərbə nəticəsində şəhərdə yerləşən tarixi əhəmiyyətli uşaq idman qurğusu tamamilə dağılıb, bir inzibati bina isə məhv edilib, digəri isə ciddi zədələnib.
Slavyansk Şəhər Hərbi Administrasiyasının rəhbəri Vadim Lyax bildirib ki, ümumilikdə 39 çoxmərtəbəli yaşayış binası və 15 avtomobilə ziyan dəyib.
Hadisə zamanı 57 yaşlı bir kişi yaralanıb və onun müalicə üçün Dnipro şəhərində yerləşən klinikaya aparılması planlaşdırılır.
Qeyd edək ki, Slavyansk Slovyansk, Donetsk vilayəti ərazisində yerləşir və müharibə zonasında intensiv hücumlara məruz qalan şəhərlərdən biridir.





