
Real Madrid yarımmüdafiəçisi Arda Güler UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə cavab oyununda klub tarixinin ən sürətli qolunun müəllifi olub.
Hadisə qarşılaşmanın cəmi 35-ci saniyəsində baş verib. “Bavariya”nın qapıçısı Manuel Neuer-in səhvindən istifadə edən Gülər topu rəqib qapısından keçirərək hesabı açıb.
Bu qol “Real Madrid”in Çempionlar Liqası tarixində rekord sayılır. Beləliklə, Arda Gülər klubun keçmiş futbolçusu Gareth Bale-in rekordunu yeniləyib. Beyl 2016-cı ildə “Legiya” ilə oyunda 57-ci saniyədə fərqlənərək əvvəlki rekordu müəyyən etmişdi.





