
Aprelin 24-də polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan çoxsaylı şəxslər saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyatlar zamanı ümumilikdə 153 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 112-si borclu şəxs qismində axtarışda olub.
Eyni zamanda, dələduzluq əməllərinə görə axtarışda olan 18 nəfər də müəyyən edilərək istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.





