
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar xəttinə Yasamal rayonunda qəzanın baş verməsi və bir nəfərin avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində aparılan ilkin qiymətləndirmə zamanı “Mercedes Sprinter” və “Shacman” markalı avtomobillərin toqquşduğu müəyyən edilib. Qəza nəticəsində sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək “Mercedes Sprinter” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Orxan Əlicavad oğlu Cavadovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.





