
Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı sürücü saxlanılıb.
Qanuntv.az xəbər verir ki, hadisə zamanı avtomobil vurduğu 10 yaşlı azərbaycanlı Eldar Hüseynovun həyatını itirməsinə səbəb olub.
Məlumata görə, qəzanı törədən 19 yaşlı sürücü hadisədən sonra gecə saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, o, Bolnisi bələdiyyəsinin Daşdıqullar kənd sakinidir və hərbi xidmətdən bir neçə günlük məzuniyyətə gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.





