
Özünü “Gənc Qazilər Birliyi”nin sədri kimi təqdim edən Hacı Vəliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qanuntv.az xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən son iclasda hökm elan olunub.
Məlumata görə, hökmə əsasən, Hacı Vəliyevə qarşı irəli sürülən əmlakın məhv edilməsi ilə bağlı ittiham ləğv edilib. O, xuliqanlıq (silah qismində əşyadan istifadə etməklə – Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) ittihamı üzrə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Hacı Vəliyev təxminən bir il əvvəl həbs olunmuşdu.





