
Azərbaycan Dillər Universitetinin (ADU) I kurs tələbəsi Nərgiz Hacıyeva faciəli şəkildə dünyasını dəyişib.
Realmedia.info xəbər verir ki, o, universitetin filologiya fakültəsində təhsil alırmış.
Məlumata görə, Nərgiz Hacıyeva yolda gedərkən qəfil halı pisləşib və yerə yıxılıb. Hadisə nəticəsində onun həyatını itirdiyi bildirilir.
Faktla bağlı əlavə məlumat açıqlanmayıb.





