
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar olunub.
QanunTV.az xəbər verir ki, keçirilən əməliyyat tədbirləri zamanı marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Narkotik vasitənin ölkəyə gətirilmə və ya ölkədən çıxarılma cəhdi ilə bağlı bütün hallar araşdırılır.
Gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.





