
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılış mərasimində iştirak edib.
QanunTV.az xəbər verir ki, dövlət başçısı yeni inzibati binada yaradılan şəraitlə tanış olub, burada görülən işlər və tətbiq olunan müasir texnoloji həllər barədə məlumatlandırılıb.
Bildirilib ki, yeni bina Mərkəzi Bankın fəaliyyətinin daha səmərəli təşkili, müasir idarəetmə standartlarının tətbiqi və əməkdaşlar üçün rahat iş mühitinin yaradılması məqsədilə inşa olunub.
Açılış mərasimində Mərkəzi Bankın fəaliyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar və gələcək inkişaf istiqamətləri ilə bağlı təqdimatlar da keçirilib.
Qeyd edək ki, yeni inzibati binanın istifadəyə verilməsi ölkənin maliyyə-bank sektorunun inkişafı və institusional imkanlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.













