
"Neftçi" futbol klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.
Qanuntv.az xəbər verir ki, Sadıq Sadıqov 2009-2015-ci illərdə paytaxt təmsilçisinin prezidenti vəzifəsində çalışıb.
Onun rəhbərliyi dövründə "Neftçi" ölkə futbolunda uğurlu nəticələr əldə edib. Klub həmin illərdə üç dəfə Azərbaycan çempionu olub, iki dəfə isə Azərbaycan Kubokunun qalibi adını qazanıb.
Sadıq Sadıqovun vəfatı Azərbaycan idman ictimaiyyətində dərin hüznlə qarşılanıb.
Allah rəhmət eləsin.





