
Sosial şəbəkələrdə Bakıda avtomobillərin binanın üstündə drift etməsini əks etdirən görüntülər yayılıb.
Qanuntv.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata əsasən, hadisə iyunun 5-də Nəsimi rayonu ərazisində yerləşən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində baş verib.
Bildirilib ki, sözügedən ərazidə hər hansı rəsmi icazə olmadan avtomobillərlə test yürüşləri təşkil edilib.
Keçirilən tədbirlər nəticəsində yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib. Onların idarə etdikləri avtomobillər isə müvəqqəti olaraq duracağa yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





