
Quba rayonunda hotel otaqlarından birində kişi meyiti aşkarlanıb.
QanunTV.az xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən hotellərdən birində qeydə alınıb.
Məlumata görə, 1959-cu il təvəllüdlü Xanuka Panivilovun meyiti hotel nəzarətçisi tərəfindən qonaq otaqlarından birində tapılıb. İlkin baxış zamanı meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və meyit müvafiq ekspertiza üçün təhvil verilib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.





