
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo yenidən futbola qayıtmağa hazırlaşır.
Qanuntv.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Məlumata görə, 46 yaşlı əfsanəvi futbolçu İtaliyanın Ç Seriyasında çıxış edən "Ravenna" klubu ilə müqavilə imzalayacaq.
Bildirilib ki, müqavilənin imzalanması iyunun 23-də ABŞ-ın Mayami şəhərində keçiriləcək təntənəli tədbirdə rəsmən elan olunacaq.
Ronaldinyo gələcək planları ilə bağlı danışarkən yenidən meydana çıxacağı üçün həyəcanlı olduğunu bildirib.
"Topla yenidən rəqs etmək imkanını səbirsizliklə gözləyirəm. Futbol həmişə mənim üçün sevinc mənbəyi olub və eyni ruhu "Ravenna"ya gətirmək istəyirəm", - deyə braziliyalı futbolçu qeyd edib.
Qeyd edək ki, Ronaldinyo sonuncu dəfə 2015-ci ildə peşəkar futbolçu kimi meydana çıxıb. O, karyerası ərzində Braziliya millisi ilə dünya çempionu olub, "Qızıl top" mükafatına layiq görülüb və "Barselona"nın heyətində UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.





