
Sumqayıt şəhərində bədbəxt hadisə nəticəsində ölüm hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Məlumata görə, Sumqayıt sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerindən xəstəxanaya çatdırılan M.Baytevə həkimlər tərəfindən tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.





