
Bakının Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, taksi kimi fəaliyyət göstərən minik avtomobili sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə ilkin məlumatlar dəqiqləşdirilir.
Əraziyə aidiyyəti qurumlar cəlb olunub, faktla bağlı araşdırma aparılır.





