
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
QanunTV.az xəbər verir ki, “Mercedes” markalı mikroavtobusla “Niva” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılır.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın səbəbləri və xəsarət alan şəxslərin dəqiq sayı müəyyənləşdirilir.





