
Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.
QanunTV.az xəbər verir ki, hadisə iyunun 28-də saat 18 radələrində qeydə alınıb.
Rayonun Avşar kənd sakini, 2002-ci il təvəllüdlü Vəli Əli oğlu Süleymanov şəhər ərazisində naqilləri bərpa edən zaman elektrik cərəyanının təsirinə məruz qalıb.
Gənc hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





