
Sabirabad şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin M.S.Ordubadi küçəsində baş verib.
Məlumata görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Amid Gülxan oğlu Əsgərov yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobilin vurması nəticəsində ağır xəsarətlər alıb.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





