
Mingəçevir su anbarında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Məlumata görə, Goranboy rayon sakini, 24 yaşlı Şəhriyar Mustafayev su anbarında çimərkən suda boğularaq həyatını itirib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və gəncin meyiti sudan çıxarılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, yay mövsümündə vətəndaşlara yalnız nəzarət olunan çimərliklərdə istirahət etmək, təhlükəli və nəzarətsiz su hövzələrinə daxil olmamaq tövsiyə olunur.





