
Bakı-Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, qəza ilə əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.
İlkin məlumata əsasən, baş vermiş qəza nəticəsində bir nəfər həyatını itirib.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Əlavə məlumat əldə olunduqca ictimaiyyətə təqdim ediləcək.





