
İranın ali dini lideri Müctəba Xamenei ABŞ və İsraili atasının - keçmiş dini lider Əli Xameneinin ölümündə ittiham edərək qisas alınacağını bildirib.
Qanuntv.az xarici KİV-ə istinadən xəbər verir ki, Müctəba Xamenei atasının dəfn mərasimi münasibətilə yayımladığı yazılı müraciətdə qisasın qaçılmaz olduğunu vurğulayıb.
"Bu qisas xalqımızın iradəsidir və mütləq yerinə yetirilməlidir", - deyə müraciətdə qeyd olunub.
Müctəba Xamenei həmçinin atasının və digər həlak olan iranlıların qanının yerdə qalmayacağını bildirib və məsul şəxslərin cavab verəcəyini bəyan edib.
Qeyd edək ki, son aylarda Yaxın Şərqdə artan gərginlik fonunda İran, ABŞ və İsrail arasında münasibətlər daha da kəskinləşib. Müctəba Xameneinin bu bəyanatı regionda vəziyyətin yenidən gərginləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.





