
Bakının Suraxanı rayonunda ağır qətl hadisəsi baş verib.
Qanuntv.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb.
Mübahisə qısa zamanda faciə ilə nəticələnib. Belə ki, tərəflərdən biri digərinə 30-dan çox bıçaq zərbəsi vurub. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, qətlə yetirilən şəxsin üç azyaşlı övladı var.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin bütün təfərrüatları və cinayətin dəqiq motivi istintaqın gedişində müəyyən ediləcək.
Qanuntv.az





