
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Qanuntv.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əkbər Şadmanov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.
Məlumata görə, Biləcəri qəsəbəsi ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub. Yaralı şəxs dərhal tibb müəssisəsinə çatdırılıb və ona zəruri tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi artıq müəyyən edilib.
Hazırda polis əməkdaşları tərəfindən şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qanuntv.az





