
Dünya kinosunun tanınmış simalarından olan aktyor Sem Nilin 78 yaşında vəfat etdiyi barədə məlumat yayılıb.
Qanuntv.az xəbər verir ki, yayılan məlumatlara görə, aktyora 2023-cü ildə xərçəng diaqnozu qoyulmuşdu. O, xəstəliyə qarşı kimyaterapiya kursu keçmişdi.
Sem Nil uzun illər ərzində kino sənayesində uğurlu fəaliyyəti ilə seçilib və bir çox məşhur ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. O, karyerası ərzində üç dəfə nüfuzlu "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.
Qeyd edək ki, aktyor xüsusilə "Jurassic Park", "The Piano" və digər məşhur filmlərdəki rolları ilə dünya tamaşaçılarının rəğbətini qazanmışdı.
Məsələ ilə bağlı rəsmi təsdiq və əlavə məlumatların açıqlanacağı gözlənilir.





