
Moldovanın aşağıbüdcəli aviaşirkəti "FLYONE" Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb.
Qanuntv.az xəbər verir ki, yeni marşrut üzrə ilk reys iyulun 16-da həyata keçirilib və Bakı aeroportunda qarşılanıb.
Məlumata görə, Kişineu – Bakı – Kişineu istiqaməti üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Yeni aviareysin istifadəyə verilməsi Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrinin genişlənməsinə, sərnişinlərin daha rahat və əlçatan səyahət imkanları əldə etməsinə şərait yaradacaq.
Qeyd edək ki, yeni marşrut hər iki ölkə arasında turizm, biznes və digər sahələrdə əlaqələrin inkişafına da töhfə verəcək.





