
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Ucar–Zərdab avtomobil yolunun Çallı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb. Məlumata əsasən, xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qanuntv.az mövzu ilə bağlı yenilik olduqca oxucularını məlumatlandıracaq.





