
Çexiyada iki sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə barədə "Novinky" nəşri məlumat yayıb.
Məlumata görə, qəza səhər saatlarında Brno və Znoymo şəhərləri arasındakı əsas avtomobil yolunda qeydə alınıb. İlkin məlumata əsasən, iki avtobus üz-üzə toqquşub.
Yerli polis bildirib ki, hazırda hadisə yerində təcili yardım və digər operativ xidmətlər çalışır. Qəza nəticəsində 30-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılara operativ tibbi yardım göstərilməsi üçün əraziyə tibbi helikopter, eləcə də eyni vaxtda bir neçə nəfərin daşınmasına imkan verən xüsusi təchizatlı təcili yardım avtomobilləri cəlb olunub.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.






