
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində sınaqlar zamanı yanğın baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və alov qısa müddətdə söndürülüb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda yanğının başvermə səbəbləri və hadisənin digər təfərrüatları ilə bağlı araşdırma aparılır.





