
Bakı, 27 dekabr, Qanuntv.az – Bakıda marşrut avtobusunda hərəkətdə olan sürücünün diqqəti sayəsində azyaşlı avtomobil yolunda təhlükədən xilas edilib.
“BakuBus” İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirib ki, marşrut üzrə hərəkət edən sürücü Allahverdiyev Asif yolda tək gəzən uşağı görərək dərhal avtobusu saxlayıb. Sürücü uşağın təhlükəsizliyini təmin etmək üçün ətrafı yoxlayıb və uşağın tək olduğunu müəyyən edib.
Uşaq daha sonra ailəsinə təhvil verilib.





