
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova dünyasını dəyişib.
QanunTV.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov məlumat verib. Onun sözlərinə görə, Şərqiyə Həmidova bu gün səhər saat 05:30-da vəfat edib.
Bildirilib ki, mərhumə uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib, bir neçə dəfə infarkt keçirib və son dövrlər yataq xəstəsi olub.
Allah rəhmət eləsin.





