• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

İlham Əliyevlə İrakli Qaribaşvilinin görüşünün əhəmiyyəti: Prezident yeni planlar barədə açıqlama verdi – ŞƏRH [xfvalue_red]

24 Ekm, 22 - 20:04

İlham Əliyevlə İrakli Qaribaşvilinin görüşünün əhəmiyyəti: Prezident yeni planlar barədə açıqlama verdi – ŞƏRH


Prezident İlham Əliyevin Gürcüstana səfər edərək bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşü, dövlət başçısının yüksək səviyyədə qarşılanması iki ölkə arasındakı strateji tərəfdaşlığın və yaxşı qonşuluq, dostluq münasibətlərinin bariz nümunəsidir.

Azərbaycanla Gürcüstan arasındakı münasibətlər həm iki ölkənin birgə maraqlarına xidmət edir, həm də Avropa üçün önəm daşıyır.

Bunun üçün iqtisadi-siyasi münasibətlər möhkəmləndirilməlidir. Enerji və nəqliyyat layihələrinin şaxələndirilməsi bu istiqamətdə həlledici vasitə sayıla bilər.

Qaribaşvili ilə Əliyev görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Liderlərin bəyanatından görünür ki, iki ölkənin strateji tərəfdaşlığı sülh və təhlükəsizlik üçün töhfə vermək məqsədlərinə söykənir.

Qaribaşvili Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. O bildirib ki, İlham Əliyevlə regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirib.

Sitat: “Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik”.

İqtisadi layihələrlə yeni stimullaşdırıcı amillər yaratmaq olar ki, bu da təhlükəsizlik modelinin dayanıqlı olmasına şərait yarada bilər.

İlham Əliyev mətbuata birgə bəyanat zamanı gələcək layihələr haqqında bəzi məlumatlar verib.

“O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin doqquz ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq.

Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti beş ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır.

Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər, hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var”, - deyə o əlavə edib.

Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin beş milyon tona çatdırılması, eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq da hədəflər sırasındadır.

Görünür ki, Ermənistanın da proseslərdə iştirakı üçün şərait yaradılır. Lakin hər şey Ermənistanın öz mövqeyindən asılı olacaq. İlham Əliyevin Qaribaşvili ilə Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair fikir mübadiləsi aparması da buna dəlalət edir. Lakin Prezidentin dediyi kimi, Ermənistan tərəfi buna hazırdırsa, Azərbaycan da buna hazırdır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Qaribaşvili: “Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır”
backend
İlham Əliyevin Qaribaşvili ilə təkbətək görüşü olub - YENİLƏNİB
backend
Prezidentin səfərində bu mövzular müzakirə ediləcək
backend
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib - YENİLƏNİB
backend
İlham Əliyevlə Paşinyan görüşə bilər
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 309

XƏBƏR LENTİ

Bakıda fəaliyyət göstərməyən ət kombinatında güclü yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:431 Kas
Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:351 Kas
Qurban Qurbanov iki futbolçusunun cəzalandırılacağını açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:241 Kas
Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:211 Kas
Bakıda həyat yoldaşına zorakılıq edən şəxsin cinayət təqibinə xitam verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:161 Kas
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları açıqlanıb: Vətəndaşlara xəbərdarlıq edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:141 Kas
Bakı-Tbilisi qatarlarının sayı artırılır: gündəlik 4 reys həyata keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:101 Kas
Rusiyada PUA hücumları hava limanlarında uçuşlara mane olub: Bakı reysi də gecikir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:061 Kas
Hikmət Babaoğlundan maraqlı təklif: “Stop” sözünün əvəzinə “Toxta” işlədilsin [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:121 Kas
58 NÖMRƏLİ KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI: UŞAQLARIN GƏLƏCƏYİNƏ SEVGİ VƏ QAYĞI İLƏ İŞIQ TUTAN TƏHSİL OCAĞI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:441 Kas
Polis ötən gün 33 cinayətin açılmasını təmin edib, 129 nəfər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3331 Ekm
Elçin Əmirbəyov Vyetnamda bir sıra yüksək səviyyəli görüşlər keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2931 Ekm
Alyona Əliyeva “Baku Art Weekend” festivalından paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2131 Ekm
Əməkdar müəllim, professor Arif Əfəndiyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1431 Ekm
Maliyyə nazirinə yeni müavin təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5931 Ekm
FIFA U-15 dünya çempionatı və festivalının qalibi İspaniya millisi olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5331 Ekm
Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4931 Ekm
Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4431 Ekm
Azərbaycan və Gürcüstan arasında bir sıra ikitərəfli sənədlər imzalanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4031 Ekm
Bakıda özəl uşaq bağçasında azyaşlıya qarşı zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3731 Ekm
Vəfa Abbasova – təhsilin inkişafına, məktəb ənənələrinin qorunmasına və gələcəyin yetişdirilməsinə xidmət edən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0630 Ekm
Gəncə şəhər 21 nömrəli tam orta məktəbin direktoru Vidadi müəllim – təhsilin inkişafına, pedaqoji dəyərlərə və gələcəyin yetişdirilməsinə xidmət edən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0230 Ekm
Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, lakin belə bir qarşıdurma istəmir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2730 Ekm
Mingəçevir Dövlət Universitetinin dosenti Ofelya Məmmədova vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1730 Ekm
Azərbaycan cüdoçuları Əbu-Dabidə iki qızıl medal qazanıblar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1530 Ekm
Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında həyatını itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1030 Ekm
Əli Əsədov Gürcüstana işgüzar səfər edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0330 Ekm
Qurban Qurbanov “Fənərbağça”nın baş məşqçi postuna namizədlər arasında göstərilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0030 Ekm
Azərbaycana birinin gömrük dəyəri 757 manat olan 30 həşərat gətirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5530 Ekm
Alyona Əliyeva uşaqlar üçün təşkil olunan “Halloween” şənliyindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5030 Ekm
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4230 Ekm
Maraqlar toqquşmasının qarşısının alınması və aradan qaldırılması istiqamətində yeni tədbirlər müəyyənləşir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3030 Ekm
Bakıda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0229 Ekm
Füzulidə 17 yaşlı yeniyetmə qonşusunun tövləsini yandırıb: 86 min manatdan çox ziyan vurub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4729 Ekm
Bakıda məktəbdə “Real TV”nin çəkiliş qrupuna hücum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4129 Ekm
Şəmkirdə qonşusunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3029 Ekm
Leyla Əliyeva ICESCO-nun baş direktoru ilə görüşüb, əməkdaşlıq sazişi imzalanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2029 Ekm
Ağstafa rayon dəmir yolu sahəsində məsuliyyət, peşəkarlıq və xidmət mədəniyyəti – Anar bəyin fəaliyyəti nümunəsində [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5829 Ekm
Azərbaycan XİN İspaniyaya başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4329 Ekm
“Qarabağ” 6 min manat cərimələnib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3629 Ekm
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2929 Ekm
İspaniyada iki sürətli qatar toqquşdu: 46 nəfər həlak oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5829 Ekm
İlham Əliyev beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1028 Ekm
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0828 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə