ABŞ prezidenti Co Bayden Rusiyadakı səfir postuna Amerikanın Ermənistandakı diplomatik missiyasının rəhbəri Linn Treysinin namizədliyini irəli sürməyi planlaşdırır.
Məlumata görə, Bayden administrasiyası ümid edir ki, ABŞ Senatı tez bir zamanda Treysinin namizədliyini təsdiq edəcək və o, tezliklə Moskvada işə başlaya biləcək. Qeyd olunur ki, ABŞ hakimiyyəti artıq Rusiya Federasiyasına təsdiq üçün müvafiq sorğu göndərib.
Mənbə: TASS