• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Bakı hərəkətə keçdi - Güney Qafqaz üçün sensasion layihə [xfvalue_red]

13 Ara, 25 - 08:54

Bakı hərəkətə keçdi - Güney Qafqaz üçün sensasion layihə













Azərbaycanın neft məhsullarının Ermənistana daşınmasında Gürcüstanın yüksək rüsum tələbi alternativ logistika axtarmağı zəruri edir; Qazax-İcevan dəmir yolu işə düşə bilərmi?
Artıq o da məlumdur ki, Gürcüstan hökuməti Azərbaycan neft məhsullarının Ermənistana ilk dəfə həyata keçiriləcək tranzitinə əlavə rüsum tətbiq etməyəcək. Ancaq bundan öncə Tiflis hər ton üçün fantastik rüsum - 1 km üçün 0.82 dollar tələb etmişdi (Eyni yük üçün Azərbaycan ərazisində tarif cəmi 0.02 dollardır!). Odur ki, sual yaranır: birdəfəlik güzəştdən sonra necə olacaq, Gürcüstan yenə 0.92 dollarda təkid edəcək, yoxsa...

Paradoks ondadır ki, məhz Azərbaycan investisiyaları və infrastruktur layihələri hesabına regionda tranzit ölkəsinə çevrilən Gürcüstan indi öz rəqabət üstünlüklərini zəiflədən addımlar atır, sanki “öz ayağına güllə” atır. Region üçün olduqca həssas bir dönəmdə rəsmi Tiflisin bu davranışı rasional iqtisadi strategiyadan daha çox, regional qarşılıqlı etimadın pozulmasına bənzəyir və anlaşılmır. Eyni zamanda, bu kurs qaçılmaz olaraq Bakını alternativ marşrutlar axtarmaq zorunda qoyur.

Minval Politika-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan artıq alternativ logistikanı inkişaf etdirmək üçün öz imkanlarını qiymətləndirməyə başlayıb. “Belə ki, sovet dövründə Bakını Qazaxla birləşdirən və sonra İcevana qədər davam edən dəmir yolu xətti mövcud olub. Artıq Bakı həmin hissəni - Qazaxdan Ermənistanla ənənəvi sərhədə qədər bərpa etmək imkanını nəzərdən keçirir. Əldə etdiyimiz məlumata görə, ilkin qiymətləndirmə başlayıb: tranzitin bir hissəsinin - Gürcüstan asılılığından azad edəcək hissənin mümkün bərpası üçün texniki parametrlər, xərclər və müddətlər öyrənilir. Daha sonra yüklər sərhədi avtomobil yolu ilə keçə və Ermənistanın daha dərin hissələrinə gedə bilər. Bu, müasir logistika baxımından tamamilə mümkün bir həldir”, - mənbə sayta deyib.

Eyni zamanda, yol marşrutları variantının araşdırıldığı bildirilir. “Marşrut hələ dəqiqləşdirilməyib, alternativ dəhlizlər və onların səmərəliliyi müzakirə olunur. Lakin belə müzakirələrin aparılması faktının özü çox şeydən xəbər verir: Azərbaycan daha Gürcüstanı yeganə və ya əvəzolunmaz tranzit ölkəsi qismində görmür. Burada vacib siyasi siqnal da var. Əgər kimsə logistik baxımdan Bakını özündən asılı vəziyyətə sala biləcəyini düşünürsə, bu, böyük yanlışlıqdır”, - məlumatda vurğulanır.

Azərbaycan Gürcüstanı bu şəkildə cəzalandıra bilərmi? Ermənistana köhnə yol nə dərəcədə uğurla bərpa ola bilər və hansı müddətə?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir”

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin sözlərinə görə, təkcə neft məhsullarını deyil, Ermənistana göndərilən taxılı da Bakı-İcevan dəmir yolu yolu ilə ötürmək mümkündür: “Yəni yüklər Qazax rayonundan Gürcüstana deyil, birbaşa Ermənistan ərazisinə daxil ola bilər. Mal və məhsullar Gürcüstan vasitəsilə daşındıqda ixracatçı tərəf iki ölkəyə tranzit haqqı ödəməli olur. Lakin Birinci Qarabağ müharibəsi dövründə Bakı-İcevan dəmir yolu Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. Həmçinin dəmir yolunun keçdiyi Qazax rayonunun Barxudarlı və Sofulu kəndləri işğal altındadır. Ermənilər Barxudarlı və Sofulu stansiyalarını yararsız hala salıblar. Bu baxımdan, Qazaxıstan taxılının və Azərbaycan neftinin dəmir yolu ilə Ermənistana ixracı Qazax rayonunun işğal altındakı 3 anklav kəndinin Azərbaycana qaytarılması məsələsini aktuallaşdırır”.

Hüseynli hesab edir ki, Zəngəzur dəhlizi ilə yanaşı, Bakı-İcevan dəmir yolu xəttinin bərpası Gürcüstanın addımları fonunda bir tələbə çevrilir: “Sadəcə, bu layihəni işə salmaq üçün ilkin addımlar atılmalıdır. Çünki dəmir yolunun bərpası zaman tələb edir. Ancaq hər iki tərəf üçün iqtisadi üstünlükdür. Gürcüstana tranzit ödənişi etməkdənsə, xərc çəkib Qazax-İcevan yolunu bərpa etmək birdəfəlik can qurtarmaqdır. İntəhası, Ermənistan da bir hərəkət etməlidir.
Paşinyan hökuməti 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi və hazırda Ermənistanda etirazların başladığı bir vaxtda bu addımı atmaqdan çəkinəcək. Ancaq seçkilərdən sonra işğal altında qalan yaşayış məntəqələrinin Azərbaycana qaytarılması istiqamətində addımlar ata bilər".

Hüseynli Gürcüstanın addımlarını xoşagəlməz sayır və münasibətlərdə müəyyən gərginliyə yol açacağını ehtimal edir: “Tiflis Zəngəzur dəhlizini istəmir. Özünün tranzit ölkə kimi əhəmiyyətinin azalmasından qorxur. Eynilə İran kimi düşünür. Amma Gürcüstan da bu dəhlizdən faydalana bilər. Hər bir halda, bu məsələ siyasi yox, iqtisadi-logistik mahiyyət daşıdığı üçün Cənubi Qafqaz ölkələrinin ”qızıl orta" tapacağına inanıram. Bölgədə sülhün və inkişafın alternativi yoxdur".

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
backend
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
backend
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB
backend
Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
backend
İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 091

XƏBƏR LENTİ

Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2617 Ağu
İran ABŞ-a məxsus vurulduğu bildirilən hərbi təyyarə və PUA-ların qalıqlarını nümayiş etdirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2417 Ağu
Avqustun 17-də bu rayonlarda elektrik enerjisi olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2017 Ağu
Xocavənd və Şuşanın kəndlərinə Böyük Qayıdış davam edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1717 Ağu
Bərdədə təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1317 Ağu
“Sabah” – “Hapoel Beer-Şeva” matçının biletləri satışa çıxarılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1017 Ağu
Şıxəli Qurbanovun doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0617 Ağu
Goranboyda yük avtomobili qəzaya uğrayıb: Bir tona yaxın yanacaq yola tökülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0417 Ağu
Viktor Yuşenko Bakıya gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0117 Ağu
Bakıda daş karxanasında 65 yaşlı kişi ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0017 Ağu
Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2516 Ağu
Bəxtiyar Vahabzadə – Azərbaycan sözünün və milli düşüncənin böyük siması [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1916 Ağu
Moskva vilayətinə kütləvi dron hücumu: Ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1616 Ağu
Tovuzda 25 yaşlı sürücü ağır qəzada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1316 Ağu
ABŞ-da “doğuş turizmi” ilə bağlı daha 150 vizanın ləğv edildiyi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0716 Ağu
19 yaşlı almaniyalı üzgüçü dünya rekordunu yenilədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0116 Ağu
Polşada 55 metrdən hündür Məryəm Ana heykəli ucaldılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0016 Ağu
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5816 Ağu
Ucarda iki yük avtomobili toqquşub: İki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5516 Ağu
Astarada 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5116 Ağu
Abdullah Zubir “Qarabağ”dan ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4216 Ağu
Siyəzən səhiyyəsində peşəkarlıq və insanpərvərlik nümunəsi – Nərgiz Əliyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1615 Ağu
Sumqayıtda 6 avtomobil toqquşub – xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0815 Ağu
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0015 Ağu
Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4515 Ağu
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 560 ton buğda göndəriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3015 Ağu
“Turan Tovuz” mövsümə qələbə ilə başladı – “Qəbələ” məğlub oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2115 Ağu
Rövşən Fətullayevə Ekologiya Nazirliyində vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1115 Ağu
Ağdamda açıq ərazidə yanğın başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0315 Ağu
Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ağu
Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5515 Ağu
Hacıqabul səhiyyəsinin inkişafında məsuliyyətli rəhbərlik nümunəsi – Gülşən Qəmbərova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1414 Ağu
İnsan sağlamlığının keşiyində dayanan nümunəvi rəhbər – Novruzov Şamil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1814 Ağu
Quliyev Osman Vəli oğlu – Qobustan bələdiyyəsinə rəhbərlik edən nümunəvi şəxsiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4814 Ağu
Yasamalın bəzi ərazilərində işıq olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0414 Ağu
Zaqatalada avtomobil aşıb: 17 yaşlı sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0014 Ağu
Erlinq Holand Ginnesin Rekordlar Kitabına dörd rekordla düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5814 Ağu
Xankəndiyə növbəti köç karvanı yola salınıb – 22 ailə, 102 nəfər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5614 Ağu
ABŞ İranla müharibədə “MQ-9 Reaper” PUA-larının 25%-ni itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5314 Ağu
XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5114 Ağu
Kəlbəcərdə mina partlayışı: 73 yaşlı kişi xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4614 Ağu
Şamil Əliyevə Naxçıvanda yüksək vəzifə verildi – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3614 Ağu
FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 66 nəfər xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2414 Ağu
Salahova Xuraman Xanlar qızı – məktəbəqədər təhsilin inkişafına dəyərli töhfə verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4714 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə