
Bakıda keçirilən birgə mətbuat konfransında İsrailin xarici işlər naziri Gideon Saar ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla münasibətlərin nizamlanması prosesində əldə edilmiş irəliləyiş münasibətilə Azərbaycanı təbrik edib.
Saar qeyd edib ki, əldə olunan nəticələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülhün təmin edilməsi mümkün olmazdı.





