
Bakıda ağır cinayət hadisəsi baş verib. Faciə baş verən ailənin yaxınlarının verdiyi məlumata görə, 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozu ərazisində Ağayev Emil Xanlar oğlu anası — 67 yaşlı Ağayeva Həyat Nəzər qızını xüsusi amansızlıqla qətlə yetirib.
Bildirilir ki, Emil Ağayev əvvəllər narkotik asılılığı səbəbindən müalicə alıb və bir müddət aidiyyəti dispanserdə qeydiyyatda olub. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə əvvəlcədən planlaşdırılıb. Belə ki, şübhəli şəxs həmin gecə həyat yoldaşı ilə birlikdə qayınanasının evində qalıb. Səhər saatlarında isə evə qayıdaraq anasının iş yerinə taksi göndərib və onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla qətlə yetirib.
Baş Prokurorluğun yaydığı məlumata əsasən, Emil Ağayev saxlanılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.





