
Bu gün saat 11:30 radələrində Bakı metropoliteninin "20 Yanvar" stansiyasında ölüm hadisəsi qeydə alınıb.
QanunTV.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC rəsmi məlumat yayıb.
Məlumata görə, stansiyanın platformasında sərnişinlərdən birinin səhhəti qəfil pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, kişi sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Qurumdan bildirilib ki, baş verən hadisə qatarların hərəkət qrafikinə təsir etməyib, sərnişin daşımalarında hər hansı yubanma yaşanmayıb.





