
Şəkidə 10 gün əvvəl yıxılaraq ağır xəsarət alan şəxs xəstəxanada həyatını itirib.
Şəki şəhər sakini, 1961-ci il təvəllüdlü Əli Məmmədovun hamamda yıxıldığı bildirilir. Hadisə nəticəsində o, kəllə-beyin travması alıb.
Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.





