
İran İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədinejadın İsrail ordusunun həyata keçirdiyi hava zərbələri nəticəsində həlak olduğu iddia edilir.
Qanuntv.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumatda bildirilir ki, keçmiş dövlət başçısının hücum zamanı öldürüldüyü barədə yayılan ilkin xəbərlər artıq təsdiqini tapıb. Lakin məsələ ilə bağlı İranın rəsmi qurumları tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
Hadisənin detalları və zərbənin hansı ərazidə baş verdiyi barədə əlavə məlumatlar gözlənilir. Mövzu ilə bağlı rəsmi açıqlamalar olduqca ictimaiyyətə təqdim olunacaq.





