
İsrailin Baş naziri Benyamin Netanyahu Beyt-Şemeş şəhərində baş vermiş raket hücumu yerinə baş çəkib.
Beyt-Şemeşdə baş verən insident nəticəsində əraziyə ziyan dəydiyi bildirilir. Baş nazir hadisə yerində vəziyyətlə tanış olub və aidiyyəti qurumların nümayəndələri ilə görüş keçirib.





