
İlham Əliyev martın 4-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub. Dövlətimizin başçısı Ayətullah Seyid Əli Xameneinin və bir sıra mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.
Səfirlikdə Azərbaycan Prezidentini Müctəba Dəmirçilu qarşılayıb.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb, daha sonra səfirlə söhbət edib. Dövlətimizin başçısı İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını bildirib.
Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, başsağlığı mərasimində diplomatik korpusun nümayəndələri də iştirak ediblər.








