
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda quru əməliyyatlarına start verib. Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın rəsmi “X” hesabında məlumat yayımlanıb.
Bildirilir ki, İsrail qüvvələri təhdidləri aradan qaldırmaq üçün ərazidəki çoxsaylı terror hədəflərinə artilleriya və hava hücumları həyata keçirib. Həmçinin qeyd olunub ki, SAXAL əməliyyatlarını “Hizbullah” hərəkatına qarşı davam etdirəcək.
Rəsmi mənbələrdən bildirilib ki, vəziyyətin gərginliyi diqqətlə izlənilir və əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.







