
İsrail və ABŞ silahlı qüvvələri İranın cənub-qərb və mərkəzi hissələrindəki qaz infrastrukturu obyektlərinə zərbələr endirib.
Qanuntv.az-ın məlumatına görə, İranın "Fars" agentliyi hücumların İsfahanda yerləşən qazpaylayıcı stansiyanın binası və İraqla sərhəddəki Xürrəmşəhr şəhərindəki elektrik stansiyasına gedən qaz kəmərini hədəf aldığını bildirib.
Atəş nəticəsində həlak olanlar və xəsarət alanlar barədə məlumat yoxdur, lakin qaz obyektlərinə və yaxınlıqdakı yaşayış binalarına maddi ziyan dəyib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonla Tehran arasında danışıqlar uğurla nəticələnərsə, Hörmüz boğazı dərhal açılacaq. İran isə ABŞ ilə birbaşa təmasın olmadığını iddia edir.





