
Qanuntv.az xəbər verir ki, bu gün saat 12 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.




