
Qanuntv.az xəbər verir ki, Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Astara rayonunun Şiyəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü yerində ölüb.
Avtomobildə olan iki sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.





