
Qanuntv.az xəbər verir ki, Rusiyada, Dağıstanın paytaxtı Mahaçqala şəhərində iki çoxmənzilli bina çöküb.
Məlumata görə, bu barədə şəhər rəhbəri Cambulat Salavov açıqlama verib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilib ki, binalardan təxminən 300 sakin təxliyə edilərək müvəqqəti yerləşdirmə məntəqələrinə yerləşdirilib.
Şəhər rəhbəri qeyd edib ki, aprelin 6-da binalar mütəxəssislər tərəfindən yoxlanılacaq. Təhlükəsiz hesab ediləcəyi təqdirdə sakinlərə mənzillərinə daxil olaraq zəruri əşyalarını götürməyə icazə veriləcək.





