
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub.
Qanuntv.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, bu vəzifədə bundan əvvəl Mirzə Mirzəyev çalışıb. O, bu ilin fevral ayında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.





