
Paytaxtın Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolda minik avtomobilində yanğın baş verib.
Hadisə nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub. İlkin məlumata görə, yanğın “Land Rover” markalı avtomobilin mühərrik hissəsində yaranıb.
Əraziyə cəlb olunan yanğınsöndürənlərin оператив müdaxiləsi sayəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alanlar barədə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.





