
Quba rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Quba–Dəlləkli kəndi istiqamətində gedən yolda qeydə alınıb. Belə ki, “Chevrolet” markalı minik avtomobilinin sürücüsü hərəkət zamanı idarəetməni itirib və avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitəsində olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.





