
Türkiyənin “Beşiktaş” klubunun və Nigeriya milli komandasının sabiq futbolçusu Maykl Eneramo vəfat edib.
Bu barədə Nigeriya Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, 40 yaşlı veteran hücumçunun qəfil ölümünə ürək çatışmazlığı səbəb olub.
Qeyd edək ki, Maykl Eneramo peşəkar futbol karyerasını 2018-ci ildə başa vurub. O, Nigeriya milli komandasının heyətində keçirdiyi 10 oyunda 3 qol vurmağı bacarıb.
Eneramo xüsusilə “Beşiktaş” klubundakı çıxışı ilə azarkeşlərin yaddaşında qalıb.
Futbol ictimaiyyəti onun vəfatını dərin kədərlə qarşılayıb.





